Çempionlar Liqasının 5-ci turunda "Mançester Yunayted"in "Sportinq"ə vurduğu qol hakim tərəfindən qeydə alınmayıb.

Offsideplus.az xəbər verir ki, qarşılaşmanın 40-cı dəqiqəsində hesab 1:0 "Sportinq"in xeyrinə olarkən Amad Diallo topu Lissabon təmsilçisinin qapısından keçirib. Lakin zərbədən öncə Yuri Tillemans müdaxilə edərək Qonsalu İnaşiunun ayağına toxunub və müdafiəçi yerə yıxılıb. Baş hakim Şimon Marçinyak epizodda qayda pozuntusu olduğunu müəyyənləşdirib, qolu ləğv edib və belçikalı futbolçuya sarı vərəqə göstərib.