“Barselona”nın futbolçusu Qabriel Xesus “Sabah”la oyun barədə fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, braziliyalı hücumçu Bakıya qələbə qazanmaq üçün gəldiklərini və komandasının rəqibdən üstün olduğunu düşündüklərini bildirib.
“Bura qələbə qazanmaq istəyi ilə gəlmişdik. Matçı qazanmaq şansımızın onlardan qat-qat çox olduğunu bilirdik. Axı biz “Barsa”yıq. Əlbəttə, hamıya hörmətlə yanaşırıq. Təkcə “Sabah”a deyil, bütün komandalara. Amma həmişə qalib gəlmək üçün meydana çıxacağıq. Bu gün heyətdə çoxlu dəyişikliklər etmişdik, amma yenə də qalib gəldik”, – deyə o bildirib.


