UFC-nin keçmiş çempionu Xamzat Çimayev sosial şəbəkədə motivasiyaedici paylaşım edib. O bildirib ki, rəqiblərini tam məğlub etmədən idmandan getmək fikrində deyil.

Offsideplus.az xəbər verir ki, Çimayev paylaşımında bunları qeyd edib: "Mən getməyəcəyəm, hamısını sındırmadan dayanmaram. Taxtımı tutmağa çalışmayın". Xatırladaq ki, Çimayev son döyüşünü bu ilin mayında Şon Striklendə qarşı keçirib və hakimlərin qərarı ilə məğlub olaraq UFC-nin orta çəki kəmərini itirib.