"Slaviya" Çempionlar Liqasında yeni antirekorda imza atıb.

Offsideplus.az xəbər verir ki, İndrjix Trpişovski rəhbərlik etdiyi komanda bu gün "Vilyarreal"a 0:1 hesabı ilə uduzub və turnirdə qələbəsiz oyunlar seriyasını 24-ə çatdırıb. Bu, turnirin tarixində ən uzun uğursuzluq seriyasıdır. Pragadan olan klub Çempionlar Liqasında indiyədək yalnız bir dəfə, 19 sentyabr 2007-ci ildə "FCSB" üzərində 2:1 hesablı qələbə qazanıb. "Slaviya"nın növbəti rəqibi 8 dekabrda "Bavariya" olacaq.