Cənubi Sudan millisinin üzvü Venyen Qabriel "Partizan"la oyunda dizindən ağır zədə alıb. Bu hadisədən sonra "Beşiktaş" klubuna xoşagəlməz xəbər çatdırılıb.
Offsideplus.az xəbər verir ki, Qabriel sosial şəbəkədə ön çarpaz bağlarının qopduğunu və artıq əməliyyat olunduğunu açıqlayıb. Bu səbəbdən təcrübəli mərkəz oyunçusunun mövsümün qalan hissəsində meydana çıxmayacağı gözlənilir.
29 yaşlı basketbolçu yayda "Bayern Münhen"dən ayrılaraq "Beşiktaş"a keçmişdi. Bu mövsüm Qabriel "Beşiktaş"ın heyətində EuroLeague-də 13 oyunda orta hesabla 8,1 xal və 3,7 ribaundla yadda qalıb.


