İspaniya La Liqasında noyabr ayının ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb.

Offsideplus.az xəbər verir ki, mükafata beş oyunçu iddia edir: Cud Bellingem ("Real Madrid"), Lamin Yamal ("Barselona"), Xulian Alvares ("Atletiko Madrid"), Anxel Fortunyo ("Espanyol") və Yassir Zabiri ("Rasinq"). Qalib azarkeşlərin La Liqa platformasında keçirdiyi səsvermə nəticəsində müəyyən olunacaq.