"Miluoki Baks"ın gənc müdafiəçisi Kasparas Yakuçionis komandanın mövsümə uğursuz başlamasının ona ağır təsir etdiyini bildirib. O qeyd edib ki, komanda son turda "Toronto Reptors" üzərində qazandığı 116:111 hesablı qələbəni əlavə motivasiya kimi dəyərləndirməlidir.
Offsideplus.az xəbər verir ki, Yakuçionis açıqlamasında bunları deyib: "Mən uduzmağa öyrəşməmişəm, buna görə də vəziyyət mənim üçün ağırdır. Düşünürəm ki, hazırda hamımız üçün asan deyil". Bu qələbə "Baks"ın ardıcıl 13 məğlubiyyət seriyasına son qoyub və komandanın nəticəsini 2-16-ya çatdırıb. Lakin 20 yaşlı basketbolçu vurğulayıb ki, bir uğurlu oyun vəziyyəti tam dəyişmir: "Biz hələ istədiyimiz yerdə deyilik və nəticəmiz həqiqətən pisdir. Əməkdaşlığı davam etdirməli və mümkün qədər çox qələbə qazanmağa çalışmalıyıq".


