"Mançester Yunayted" 2026/27 mövsümündə Çempionlar Liqasının qrup mərhələsində keçirdiyi 5 oyunun yalnız ikisində qalib gəlib.

Offsideplus.az xəbər verir ki, komanda bu gün "Sportinq"lə qarşılaşmada 2:2 hesablı heç-heçə edib. Əvvəlki oyunlarda Maykl Kerrikin rəhbərliyi altında iki qələbə və iki məğlubiyyət qeydə alınıb. Hazırda klub turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

"Mançester Yunayted" 8 dekabrda "Leypsiq"i, 20 yanvarda isə "Bavariya Münhen"i öz meydanında qəbul edəcək. Qrup mərhələsini isə 27 yanvarda səfərdə "Vilyarreal"a qarşı oyunla başa vuracaq.