Azərbaycan millisinin futbolçusu Mahir Emreli Polşa çempionatında fərqlənib.
Offsideplus.az xəbər verir ki, o, “Rakuv”un “Pyaşt”la qarşılaşmasının 59-cu dəqiqəsində Lamine Diabi-Fadiqinin ötürməsini qola çevirib. Bununla da hesab arasındakı fərqi minimuma endirib.
Qeyd edək ki, qol vurulan anda hesab 2:1 “Pyaşt”ın xeyrinə olub.


