Ueyn Runinin həyat yoldaşı Kolin onların şəxsi həyatı ilə bağlı açıqlamalara münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi və həyat yoldaşı Kolin "I'm a Celebrity...Get Me Out of Here!" şousunda iştirak edirlər. Proqram zamanı Runi onların əvvəlki evində iki unitaz quraşdırdıqlarını və bəzən birlikdə istifadə etdiklərini deyib. Kolin isə bu barədə bunları bildirib: "Məsələ təkcə unitazda deyil. Əslində, məni daha çox narahat edən odur ki, Ueyn bundan sonra daha nələr deyə bilər. Bu, köhnə evimizdə baş verib və çoxdan olub. O vaxt ustalar soruşdu ki, iki unitaz qoysunlar, yoxsa unitaz və bide? Biz də dedik, iki unitaz olsun, bideni istəmirik. Onlardan daim istifadə etmirdik, yalnız ehtiyac olduqda istifadə edirdik".


