İngiltərəli hücumçu Dominik Kalvert-Lüin "Lids"lə yeni müqavilə imzalayıb.

Offsideplus.az xəbər verir ki, 29 yaşlı futbolçu ilə sözləşmə 2029-cu ilin yayına qədər uzadılıb.

İngiltərə mətbuatında bir müddətdir "Mançester Yunayted"in də transfer siyahısında yer aldığı iddia edilən forvard karyerasını hazırkı klubunda davam etdirməyə qərar verib.

"Lids"in heyətində ikinci mövsümünü keçirən Kalvert-Lüin İngiltərə Premyer Liqasının cari mövsümündə çıxdığı 11 oyunda 5 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.