Pep Qvardiola yeni nəsil futbolçuların Lionel Messi ilə müqayisə oluna biləcəyi barədə fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "Barselona", "Bavariya Münhen" və "Mançester Siti"nin sabiq baş məşqçisi heç bir oyunçunun Messinin nailiyyətlərini təkrarlayacağına inanmadığını bildirib.

"Heç kim. Çox yaxşı futbolçular var, amma hələ ki, kimsənin bu səviyyəyə çatacağını təsəvvür etmirəm. Hər üç gündən bir, 15-20 il ərzində belə yüksək səviyyədə oynamaq... Mən belə bir şeyi görəcəyimi düşünmürəm. Bəzən insanlar elə rekordlardan danışır ki, onların heç vaxt qırılmayacağını deyirlər, amma sonda bu baş verir. Yusain Boltun rekordları da bir gün qırılacaq, amma bu qədər uzun müddət belə səviyyəni qorumaq... Mən təsəvvür etmirəm ki, kimsə bunu təkrarlaya bilər", – deyə Qvardiola Romarioya müsahibəsində vurğulayıb.