UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda "Beşiktaş" İsrailin "Hapoel Beer Şeva" komandasını 2:1 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, Türkiyə təmsilçisinin heyətində 75-ci dəqiqədə Olaitan, 90-cı dəqiqədə isə Orkun Kökçü fərqlənib. Orkun 45+4-cü dəqiqədə penaltidən yararlana bilməyib.
Rəqib komandanın yeganə qolunu 90+3-cü dəqiqədə Romario İst vurub.


