UEFA Avropa Liqasının Liqa mərhələsinin V turunda insident yaşanıb.
Offsideplus.az xəbər verir ki, "Beşiktaş"ın Gürcüstanın Batumi şəhərində İsrail təmsilçisi "Hapoel Beer Şeva" ilə keçirdiyi qarşılaşma yarımçıq dayandırılıb.
Matçın 26-cı dəqiqəsində tribunada baş verən insidentlərdən sonra baş hakim Morten Kroq oyunu dayandıraraq futbolçuları soyunub-geyinmə otağına göndərib.
Yerli polisin "Beşiktaş" azarkeşlərinə müdaxiləsindən sonra hakimlər briqadası paltardəyişmə otağına yollanıb.
İnsident zamanı "Beşiktaş"ın bir azarkeşi xərəkdə təcili tibbi yardım avtomobilinə aparılıb. İstanbul təmsilçisinin futbolçuları isə azarkeşi sakitləşdirməyə çalışıblar.
Bundan başqa, Gürcüstan polisinin "Beşiktaş" azarkeşlərinə qarşı gözyaşardıcı qazdan istifadə etdiyi bildirilir.


