İngiltərənin “Uotford” klubu yeni baş məşqçisini müəyyənləşdirib.

Offsideplus.az xəbər verir ki, Çempionşip təmsilçisi rumıniyalı mütəxəssis Edvard İordanesku ilə anlaşıb. 48 yaşlı çalışdırıcı bu vəzifədə uğursuz nəticələrə görə istefaya göndərilən Alessio Dionisini əvəzləyib.

İordanesku daha əvvəl Rumıniya millisinə rəhbərlik edib və komandanı AVRO-2024-ün 1/8 finalına yüksəldib. O, həmçinin “ÇFR Kluj” və Polşanın “Legiya” klublarında çalışıb.

Qeyd edək ki, İordanesku “Uotford”un son 18 ayda təyin etdiyi 6-cı daimi baş məşqçidir. Mütəxəssis İngiltərə klubunda ilk oyununa şənbə günü “Derbi Kaunti” ilə qarşılaşmada çıxacaq.