Rusiyanın və "Atalanta"nın yarımmüdafiəçisi Aleksey Mirançuk Aleksey Batrakovun karyerası ilə bağlı fikirlərini bölüşüb.
Offsideplus.az xəbər verir ki, Mirançuk Batrakovun "Qalatasaray"a keçidindən sonra 15 oyunda 6 qol və 4 məhsuldar ötürmə ilə yadda qaldığını vurğulayıb. O, Batrakovun "Barselona"da oynamaq potensialı barədə suala belə cavab verib: "Düşünürəm ki, Lyoşa artıq onun haqqında deyilən şərhlərdən yorulub. Ona görə də bu barədə danışmaq istəmirəm, fikrimi özü də yaxşı bilir. Sadəcə deyə bilərəm ki, onun üçün çox sevinirəm, qoy belə davam etsin".


