"Mançester Yunayted" Çempionlar Liqasının qrup mərhələsində səfərdə "Sportinq"lə 2:2 hesablı heç-heçə edib.
Offsideplus.az xəbər verir ki, İngiltərə təmsilçisi bu nəticə ilə turnirdə ardıcıl 7-ci səfər oyununda qələbə qazana bilməyib. Bu seriyada "Mançester Yunayted" 3 heç-heçə və 4 məğlubiyyət alıb. Klubun səfərdə qələbəsiz oyunlar üzrə antirekordu 8 matçdır.
Cari mövsümdə "Mançester Yunayted"i daha bir səfər qarşılaşması gözləyir. Komanda 27 yanvar 2027-ci ildə "Vilyarreal"ın qonağı olacaq.


