Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə keçirilən oyunda "PSJ"nin qapıçısı Matvey Safonov Fransanın L’Équipe nəşrindən 6 bal alıb.

Offsideplus.az xəbər verir ki, eyni qiymət müdafiəçi Nunu Mendeş və yarımmüdafiəçi Fabian Ruisa da verilib. Paris təmsilçisinin heyətində ən yüksək balı İlya Zabarni və Əşrəf Hakimi toplayıb – hər ikisi 7 balla qiymətləndirilib. Komandanın ən zəif göstəricisi isə hücumçu Ferran Torresə məxsus olub – o, 3 bal alıb.