PSJ-in baş məşqçisi Luis Enrike Çempionlar Liqasında 'Roma' ilə 2:2 hesablı heç-heçəni şərh edib.
Offsideplus.az xəbər verir ki, Enrike qarşılaşmanın çox ağır keçdiyini bildirib: "Biz ilk dəqiqədən belə bir oyun gözləyirdik və rəqib 90 dəqiqə ərzində yüksək səviyyədə futbol nümayiş etdirdi. 'Roma' daim pressinq etdi və bir xaldan daha artığına layiq idi. Komandamın çıxışından razıyam, amma etiraf etməliyəm ki, bu mövsüm qarşılaşdığımız ən güclü komanda məhz 'Roma' oldu".


