PSJ-nin müdafiəçisi Nunu Mendeş Çempionlar Liqasının qrup mərhələsində "Roma" ilə keçirilən oyunun nəticəsini dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, o, 2:2 hesabı ilə başa çatan qarşılaşmada komandasının iki xal itirdiyini bildirib:

"PSJ həmişə qələbə üçün oynayır. Bu dəfə məqsədimizə çata bilmədik. Öz səviyyəmizdə çıxış etmədik. Amma ən azı məğlub olmadıq, bu da vacibdir. Belə güclü rəqiblə qarşılaşmaq bizim üçün önəmlidir. Yaxşı ki, bu indi baş verdi. Bilirik ki, bəzi komandalar məhz bu cür oynamağa çalışacaq. Rəqib bizə ciddi problemlər yaratdı, amma bəzən onların təzyiqinin öhdəsindən gəlməyi bacardıq. Bu, ən çətin rəqiblərdən biri idi. Öz oyun üslubumuza sadiq qalırıq. Rəqib bizi yaxşı analiz etmişdi və çətinliklər yaratdı. Hər zaman ən yüksək səviyyədə olmaq mümkün deyil".