"Sabah"ın kapitanı Stas Pokatilov UEFA Çempionlar Liqasının əsas mərhələsində ən çox qurtarış edən qapıçıdır.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı qolkiper 5 turda 31 "seyv"lə yadda qalıb.

Paytaxr təmsilçisinin kiperi bu göstəricidə bütün qapıçıları geridə qoyub.

Xatırladaq ki, "Sabah" ötən gün turnirin Liqa mərhələsinin V turunda Bakıda İspaniya təmsilçisi "Barselona"ya uduzub - 1:4.

"Bayquşlar" növbəti oyununu dekabrın 8-də səfərdə "Vilyarreal"a (İspaniya) qarşı keçirəcək.