"Barselona"nın baş məşqçisi Hansi Flik Bakıda keçirilən Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində "Sabah"a qarşı oyundan sonra təəssüratlarını bölüşüb.

Offsideplus.az xəbər verir ki, Flik Bakıya səfəri zamanı əsasən oteldə olduğunu, şəhəri tam gəzə bilmədiyini bildirib. O qeyd edib ki, Bakıda artıq üçüncü dəfədir və hər gəlişində şəhərdə və ölkədə inkişafın, dəyişikliklərin şahidi olur. Flik yerli insanların mehribanlığını xüsusi vurğulayıb. O, "Sabah"ın Çempionlar Liqasında uğurla çıxış etdiyini, yaxşı oyun sərgilədiyini deyib və komandanın gələcək inkişafını arzulayıb. Flik həmçinin "Barselona"nın üç xal qazanmasından məmnun olduğunu əlavə edib və "Sabah"a ən xoş arzularını çatdırıb.