Asiya Çempionlar Liqası 2-də keçirilən “Əl-Cəzirə” – “Qol Qohar” matçında maraqlı hadisə yaşanıb.

Offsideplus.az xəbər verir ki, görüşün suriyalı baş hakimi Hanna Hattabın davranışları şübhə doğurub. Onun alkoqollu olduğu iddia edilib.

Hakimlə bağlı yaşananlar bunlardır:

* Hattab Ersin Destanoğluna sarı vərəqə göstərib. Qərarın səbəbi anlaşılmaz qalıb və 4 dəqiqə sonra vərəqə ləğv edilib.

* Oyunun ilk hissəsində hakimin hərəkətləri və davranışları futbolçuların şübhəsinə səbəb olub.

* “Qol Qohar” ikinci hissəyə çıxmamaq qərarı verib.

* AFC ikinci hissədə baş hakimi dördüncü hakimlə əvəzləyib.