Almaniya millisinin və “Bavariya”nın qapıçısı Manuel Noyerin həyat yoldaşı Anika Noyerin sosial şəbəkədəki paylaşımı diqqət çəkib.
Offsideplus.az xəbər verir ki, Anika Noyer hamilə qadına xəyanət edilməsi ilə bağlı paylaşımı şəxsi “Tiktok” hesabında yenidən yayımlayıb.
Paylaşımda hamilə qadına xəyanət etməyin xüsusi qəddarlıq olduğu vurğulanıb. Mətndə belə bir addımın sadəcə səhv deyil, eqoist və hörmətsiz seçim olduğu qeyd edilib.
“Öz övladını daşıyan qadına, xüsusilə onun ən çox dəstəyə ehtiyacı olduğu vaxtda xəyanət edirsənsə, deməli, səndə ən elementar insanlıq və hörmət çatışmır”, – deyə paylaşımda bildirilib.
Anika Noyerin bu paylaşımı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Lakin onun həyat yoldaşı Manuel Noyerə ünvanlanmış hər hansı ittiham irəli sürdüyü barədə məlumat yoxdur.


