İtaliyalı müdafiəçi Rikkardo Kalayfiori "Arsenal"ın baş məşqçisi Mikel Arteta ilə əməkdaşlığından danışıb.

Offsideplus.az xəbər verir ki, Kalayfiori Artetanın məşqlərdə və oyunlarda daim tələbkar olduğunu bildirib:

"Düşünürəm, o məni şəxsiyyət kimi həqiqətən anladı, mən də onu başa düşürəm. İngiltərədə dedikləri kimi, o daim tələb edir, hər gün, hər məşqdə, hər oyunda. Amma sonda onun istədiyini edirsən, çünki bunun düzgün olduğunu anlayırsan. O, mənə hər sahədə – həm insan, həm də futbolçu kimi – daha yaxşı olmağa kömək edib".