Mançester Yunayted” UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda “Sportinq”lə heç-heçə edib – 2:2.
Offsideplus.az xəbər verir ki, bu nəticə ilə İngiltərə təmsilçisi müdafiədəki uğursuz seriyasını davam etdirib. Belə ki, mankunianlar 1977-ci ildən bəri ilk dəfə ardıcıl 7 oyunda qapısında azı 2 qol görüb.
Komanda cari mövsümdə bütün turnirlər nəzərə alınmaqla ümumilikdə 36 qol buraxıb. Bu, Avropanın 5 aparıcı çempionatını təmsil edən klublar arasında ən yüksək göstəricidir.
Qeyd edək ki, “Mançester Yunayted” Çempionlar Liqasının VI turunda “Old Trafford”da Almaniyanın “Leypsiq” klubunu qəbul edəcək.


