UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda keçirilən “Sabah” – “Barselona” matçı tribunalardakı azarkeş sayına görə turun ən çox izlənilən üç qarşılaşmasından biri olub.

Offsideplus.az xəbər verir ki, Bakı Olimpiya Stadionunda baş tutan görüşü 66 321 tamaşaçı canlı izləyib.

Bu göstərici ilə Bakıdakı qarşılaşma turun azarkeş sayına görə üçüncü matçı olub.

Siyahının ilk pilləsində “Real Madrid” – PSV (5:1) görüşü qərarlaşıb. Madrid təmsilçisinin qələbə qazandığı matçı 76 176 azarkeş stadiondan izləyib.

İkinci sırada isə “İnter” – “Ştutqart” (2:0) qarşılaşması yer alıb. Bu oyunda tribunlarda 74 003 tamaşaçı olub.