Fransız qapıçı Lüka Şevalye "PSJ"dən ayrılmaq niyyətindədir.
Offsideplus.az xəbər verir ki, 25 yaşlı qolkiper son dəfə rəsmi oyunda 23 yanvar tarixində meydana çıxıb. Həmin vaxtdan etibarən Paris klubunun əsas qapıçısı Matvey Safonov olub. Şevalye müntəzəm oynamaq istədiyi üçün baş məşqçi Luis Enrike və idman direktoru Luiş Kampuş ilə gələcəyini müzakirə etmək niyyətindədir.
"PSJ" həm icarə, həm də tam transfer variantlarını nəzərdən keçirir. Klub yalnız əvəzləyici tapacağı halda Şevalyeni buraxmağa razıdır.


