“Börnli” İngiltərə futbolunun tarixində arzuolunmaz rekorda imza atıb.
Offsideplus.az xəbər verir ki, Çempionşip təmsilçisi XX turda doğma meydanda “Birmingem Siti”yə 0:2 hesabı ilə məğlub olub. Bu nəticə ilə komandanın ev oyunlarında qələbə qazana bilmədiyi ardıcıl matçların sayı 24-ə çatıb.
Beləliklə, bu klub İngiltərənin ilk dörd divizionunda evdə ən uzun müddət qələbə qazana bilməyən komanda olub. Klubun doğma meydandakı son çempionat qələbəsindən 403 gün ötür. Komanda sonuncu dəfə 2025-ci il oktyabrın 18-də “Lids”i 2:0 hesabı ilə məğlub edib.
Qeyd edək ki, “Börnli” bu müddət ərzində evdə 12 heç-heçə edib, 12 dəfə isə məğlubiyyətlə üzləşib.


