Braziliya polisi bu səhər "Vasko da Qama" klubunun hücumçusu David Korreyaya klubun məşq bazasında həbs edib.
Offsideplus.az xəbər verir ki, futbolçu qətlə cəhd, narkotik vasitələrin qanunsuz dövriyyəsi, silahlı cinayətkar təşkilatda iştirak və şahidlərə təzyiq göstərməkdə şübhəli bilinir.
Hüquq-mühafizə orqanları onun Braziliyanın ən böyük cinayətkar qruplaşmalarından biri olan "Comando Vermelho" ilə mümkün əlaqələrini də araşdırır.


