"Mançester Yunayted"in sabiq qapıçısı Peter Şmeyxel komandanın qapıçısı Senne Lamensin çıxışını dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, Şmeyxel Çempionlar Liqasının 5-ci turunda "Sportinq"lə keçirilən və 2:2 hesabı ilə başa çatan oyunda Lamensin səhvlərindən danışıb. O bildirib ki, birinci hissədə Lamens Lisandro tərəfindən edilən qayda pozuntusuna görə təyin olunan penaltini dəf etsə də, iki dəqiqə sonra "Sportinq"in sürətli hücumu zamanı Maksimiliano Arauxonu cərimə meydançasında yıxıb və bu dəfə Luis Suares Çarris penaltini dəqiq yerinə yetirib.

Şmeyxel qeyd edib: "Bilmirəm, "Mançester Yunayted" onu nə vaxt heyətdən kənarlaşdıracaq. Maurisio Poçettino komandaya yeni məşqçi heyəti ilə gəlib. Bu isə o deməkdir ki, Lamensin yeni qapıçılar üzrə məşqçisi var və bəlkə də bu, vəziyyəti dəyişə bilər. Dünya Çempionatında İspaniya ilə oyunda meydana çıxıb və kiçik bir səhvə yol verib. Mikel Merino qol vurub və nəticədə komanda turnirdən kənar qalıb. Məncə, həmin səhvdən sonra Lamens özünə inamını itirib və hələ də tam bərpa ola bilməyib. Qapıçı yaxşı formada olmayanda müdafiəçilərin köməyinə ehtiyac duyur. Təəssüf ki, bu dəfə müdafiəçilər ona kömək edə bilmədi və vəziyyət daha da ağırlaşdı. Lamens mənə çox xoş gəlir, amma bu gün onun günü deyildi".