UFC-nin ağır çəki döyüşçüsü Coş Hokit yarımağır çəki dərəcəsi ilə bağlı fikirlərini bölüşüb. O, məşqçi Yucin Bermanın idmançıları Karlos Ulberq və Navaxo Stirlinqin bir-biri ilə döyüşməyəcəkləri barədə dediklərinə münasibət bildirib. Hokit bildirib ki, bu divizionu da xilas etməli olacaq.
Offsideplus.az xəbər verir ki, Hokit daha əvvəl yarımağır çəkiyə keçə biləcəyini demişdi. O, Aleks Pereyra ilə döyüşmək istədiyini vurğulayıb: "Pereyraya döyüşmək və hörmətini qazanmaq imkanı verəcəyəm".


