Kevin De Brüyne keçmiş klubu “Mançester Siti” ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, hazırda “Napoli”də çıxış edən belçikalı yarımmüdafiəçi İngiltərə klubuna olan münasibətinin dəyişmədiyini bildirib.

Təcrübəli futbolçu “Mançester Siti”də keçirdiyi illərin karyerasında xüsusi yer tutduğunu vurğulayıb. O, klubla qazandığı uğurları və yaşadığı anları unutmadığını qeyd edib.

Xatırladaq ki, De Brüyne 2025-ci ildə “Mançester Siti”dən ayrılaraq “Napoli”yə transfer olunub.