İngiltərə millisinin sabiq futbolçusu Qari Nevil Erlinq Haalandın “Mançester Siti”dən ayrılaraq “Real Madrid”ə transfer olunacağını proqnozlaşdırıb.
Offsideplus.az xəbər verir ki, o, norveçli hücumçunun ən gec 18 ay ərzində Madrid klubuna qoşula biləcəyini, hətta bu keçidin cari mövsümün sonunda reallaşmasının mümkün olduğunu bildirib.
Nevil hesab edir ki, Vinisius Junior “Real Madrid”dən ayrılacaq, Kilian Mbappe sol cinahda çıxış edəcək, Haaland isə komandanın əsas hücumçusu olacaq.


