İngiltərə millisinin və "Arsenal"ın sabiq hücumçusu Alan Smit yanvar transfer pəncərəsində klubun Viktor Dökereş və Martin Subimendi ilə yollarını ayıra biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, Smitin fikrincə, "Arsenal" Dökereş üçün gələcək təklifləri nəzərdən keçirə bilər: "Əgər bu, başqa bir futbolçunun transferinə imkan yaradacaqsa, razılaşmaq olar. Məncə, Dökereş hələ də bazarda maraq doğurur. Digər klublar onun oyun üslubuna daha uyğun olduğunu düşünə bilər. Sonuncu qolu da göstərdi ki, hələ də faydalı ola bilər. Amma "Arsenal"da sabit çıxış edə bilmir. Ona görə də, onu başqa bir futbolçu ilə dəyişmək yaxşı variant ola bilər".

Subimendinin də komandadan ayrılma ehtimalına toxunan Smit əlavə edib: "Bəlkə də Subimendi artıq narazılıq hiss edir. Başlanğıcda çox oynayırdı, hətta bəlkə də həddindən artıq, buna görə yorğun görünürdü. İndi isə ikinci plandadır. Ola bilsin, Arteta onun istədiyi tip yarımmüdafiəçi olmadığını düşünür. Subimendi dünya çempionudur, böyük təcrübəyə malikdir və onu asanlıqla buraxmaq düzgün olmazdı, amma hazırda əsas heyətdə deyil".