"Bavariya"nın yarımmüdafiəçisi Yozua Kimmix klub rəhbərliyini tənqid etdiyinə görə cəzalandırılmayacaq.

Offsideplus.az xəbər verir ki, o, komanda yoldaşı Camal Musialanın səhhəti ilə bağlı klub rəhbərliyinin verdiyi ictimai açıqlamaları qəbuledilməz adlandırıb və Musialaya dəstək nümayiş etdirib.

Bild nəşrinin məlumatına görə, Kimmix çıxışını əvvəlcədən planlaşdırıb və hərtərəfli düşünərək bu addımı atıb. Hazırda "Bavariya" onu cərimələməyi planlaşdırmır, baxmayaraq ki, yekun qərar hələ verilməyib.

Klub rəhbərliyi Musialanın vəziyyətinə yenidən diqqət yönəlməsini və "xaosun" davam etməsini istəmir.

Klub daxilində hesab edirlər ki, Kimmixin tənqidi ölçülüb-biçilmiş olub və o, rəhbərliyin mövqeyini anlayışla qarşılayıb, yalnız açıqlamanın formasını tənqid edib.