"Milan"ın baş məşqçisi Ruben Amorim Avropa Liqasının 5-ci turunda "Olimpiakos"a qarşı keçirilən oyundan sonra fikirlərini bölüşüb.

Offsideplus.az xəbər verir ki, "rossoneri" 0:2 geridə olduğu qarşılaşmada 4:2 hesabı ilə qalib gəlib. Amorim bu nəticənin komandanın gələcəyinə təsir edəcəyini bildirib: "Bu oyun gələcəyimizi dəyişir. Bu, həlledici qələbədir. Qarşılaşma bizə böyük məmnunluq gətirdi və buradan çox şey öyrənə bilərik, çünki bu gün buraxdığımız səhvlər yolverilməz idi".

Məşqçi komandanın inkişaf etməli olduğu məqamları da qeyd edib: "Xırdalıqlara, qapıçı oyununa və texniki tərəflərə diqqət yetirməliyik. Ən vacibi isə diqqətlilikdir. Hər üç gündən bir oynamaq asan deyil, amma bu, üzərində işləməli olduğumuz sahələrdir".

Amorim hücum xəttindəki oyunçular, xüsusilə Omari Hatçinson barədə də danışıb: "Omari Hatçinsondan çox şey gözləyirəm, o, inanılmaz istedada malikdir və bizim üçün vacib oyunçudur. Hücumçularımız bəzən bir qədər təcrid olunur. Onlara topu daha tez, daha yaxşı və keyfiyyətli çatdırmaq üçün hücumda daha aqressiv olmalıyıq".

Komandanın geridönüşü barədə isə Amorim belə deyib: "Oyuna qayıtmaq möhtəşəm hissdir, bu mövsüm ilk dəfə belə bir dönüş etdik. Bu gün əks-hücumdan və künc zərbələrindən qollar buraxdıq. Özümüzə inanmalı və göstərməliyik ki, belə oyunlardan sonra da toparlana bilərik, çünki yalnız özümüzə inansaq, uğur qazana bilərik".