İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq hücumçusu Ueyn Runi şəxsi həyatı ilə bağlı maraqlı etiraf edib.
Offsideplus.az xəbər verir ki, hazırda həyat yoldaşı Kolinlə birlikdə "I’m a Celebrity...Get Me Out of Here!" adlı realiti-şouda iştirak edən Runi evlərində iki unitaz olduğunu bildirib. Onun sözlərinə görə, onlar bidenin əvəzinə ikinci unitaz quraşdırıblar ki, birlikdə tualetə gedə bilsinlər. "Biz heç vaxt bidedən istifadə etmirdik. Ona görə də iki unitaz qoyduq ki, Kolinlə yanaşı oturaq. Yeganə etmədiyim şey isə onun yanında özümü silməmək idi. Buna görə Kolin işini bitirib çıxmalı olurdu", – deyə Runi vurğulayıb.


