UFC döyüşçüsü İliya Topuriyanın sabiq məşqçisi Xorxe Kliment keçmiş yetirməsinin son vaxtlar motivasiyasını itirdiyini bildirib. 

Offsideplus.az xəbər verir ki, o, hesab edir ki, ətrafındakı insanları dəyişməsi Topuriyanın qələbə əzminə və karyerasına mənfi təsir göstərib.

Kliment bununla bağlı fikirlərini bölüşüb:

"Düşünürəm ki, son bir ildə ətrafına yeni insanları toplamaqla o, bir qədər qələbə aclığını itirib. Həmin şəxslər onu rahatlıq və şöhrət dünyasına salıblar – məncə, bu, Topuriyanın özündən çox onları maraqlandırır. Onlar İliyanın qələbə aclığını əlindən alıblar. Amma inanıram ki, o, yenidən əvvəlki motivasiyasını qaytara bilər. Əgər həqiqətən qələbə istəyirsə, vaxtilə sahib olduğumuz o auraya qayıtmalıdır. Hər şey onun özündən asılıdır".

Qeyd edək ki, Topuriya Klimentlə əməkdaşlığı 2025-ci ilin mayında dayandırıb. Həmin vaxtdan bəri iki döyüş keçirən idmançı Çarls Oliveyraya qalib gəlib, Castin Geyciyə isə məğlub olub.

Digər tərəfdən, İliya Topuriya gələcək planları ilə bağlı iddialı açıqlama verib: "Paddi Pimbletlə birlikdə TUF ("The Ultimate Fighter") layihəsində məşqçi olacağıq, daha sonra isə oktaqonda onun başını qoparacağam. Geyci – Tsarukyan döyüşü gecənin əsas qarşılaşmalarından biri, Makqreqor – Çendler görüşü isə ilkin kartın (prelyudiyaların) son döyüşü olacaq".