Azərbaycan UEFA reytinqində həftəni 24-cü pillədə başa vurub.

Offsideplus.az xəbər verir ki, bu, Avropa Liqasının V turunda İsrailin "Hapoel" (Beer-Şeva) klubunun "Beşiktaş"a 1:2 hesabı ilə uduzmasından sonra rəsmiləşib. Bu məğlubiyyətlə İsrailin Azərbaycanı geridə qoymaq şansı qalmayıb.

Hazırda Azərbaycan 24.187 əmsalla 24-cü, İsrail 24.125 əmsalla 25-ci, Ukrayna isə 24.837 əmsalla 23-cü yerdədir.

Siyahıya 109.227 əmsalla İngiltərə başçılıq edir.

Qeyd edək ki, avrokuboklardakı yeganə təmsilçimiz "Sabah" Çempionlar Liqasının V turunda  "Barselona" ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.