İngiltərənin "Bornmut" klubu tarixində ilk dəfə bütün turnirlər daxil olmaqla ardıcıl 10 oyunda qələbə qazanıb.

Offsideplus.az xəbər verir ki, komanda bu uğura UEFA Avropa Liqasının V turunda İspaniyanın "Selta" klubunu 2:1 hesabı ilə məğlub edərək imza atıb.

Hazırda aktivində 15 xal olan "Bornmut" turnir cədvəlinin lideridir.

Qeyd edək ki, İngiltərə Premyer Liqası təmsilçiləri arasında sonuncu dəfə belə uzun qələbə seriyasına 2025-ci ilin noyabr-dekabr aylarında ardıcıl 11 matçda qalib gələn "Aston Villa" nail olmuşdu.