Filadelfiya "Seventi Siksers"in forvardı Ceylen Braun zədəsinə görə NBA Kubokunun qrup mərhələsində "İndiana Peysers"ə qarşı keçiriləcək qarşılaşmada iştirak etməyəcək.
Offsideplus.az xəbər verir ki, komandanın mərkəz oyunçusu Coel Embidin iştirakı isə sual altındadır. O, son iki oyunu xəstəlik səbəbindən buraxıb. Braun zədəsini "Mayami Hit" üzərindəki qələbədə daha da ağırlaşdırıb. Bu problem onu ötən həftə "Bruklin Nets"ə qarşı keçirilən və 31 xal toplayaraq mövsümdə ən yaxşı göstəricisini təkrarladığı oyundan bəri narahat edir. 2026/27 mövsümündə Braun orta hesabla 21,4 xal, 6 ribaund və 3,4 assistlə çıxış edir. Cümə günü keçiriləcək oyun NBA Kubokunun qrup mərhələsində "Filadelfiya Seventi Siksers" üçün sonuncu olacaq. Qələbə qazansalar, komanda Şərq konfransının B qrupunda birinci yeri tutacaq və turnirin pley-off mərhələsinə ilk dəfə yüksələcək.


