Misli Premyer Liqasında XIII tura bu gün start veriləcək.

Offsideplus.az xəbər verir ki, turun ilk oyunu Yevlaxda baş tutacaq.

Ev oyunlarını burada keçirən "İmişli" "Şəfa"nı qəbul edəcək.

"İmişli" son turlar daha inamlı çıxış edir. Onlar 12 xalla 8-ci pillədədirlər.

“Şəfa” isə 2-ci turdan bəri qələbə üzünə həsrətdir. Zaur Həşimovun komandası isə 5 xalla 11-ci yerdədir.

MPL, XIII tur

27 noyabr (cümə)

14:30 “İmişli” – “Şəfa”

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov

VAR: Nicat İsmayıllı

AVAR: Zöhrab Abbasov

Hakim-inspektor: Babək Quliyev

AFFA nümayəndəsi: Nəriman Axundov

Yevlax şəhər stadionu