"Neftçi" basketbol komandası amerikalı legioneri Cerod Robinsonla vidalaşıb.
Offsideplus.az xəbər verir ki, müdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında vaxtından əvvəl xitam verilib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, cari mövsümdə bakılıların heyətində həm Azərbaycan Basketbol Liqasında (ABL), həm də FIBA Avropa Kubokunda forma geyinən Robinson avrokubok matçlarında 6 dəfə meydana çıxıb.


