LeBron Ceyms "Mayami Hit"də birlikdə çalışdığı baş məşqçi Erik Spoelstranın işini yüksək qiymətləndirib. Ulduz basketbolçu onun rəhbərliyi altında iki dəfə NBA çempionu olub.
Offsideplus.az xəbər verir ki, Ceyms Spoelstra barədə bunları deyib: "Spo tam mənada Şöhrət Zalına ilk cəhddə düşəcək məşqçidir. O, liqamızın ən yaxşı məşqçilərindən biridir. Aydın şəkildə deyə bilərəm ki, işlədiyim məşqçilər arasında ən yaxşısı məhz odur. Onun rəhbərliyi altında keçirdiyim 4 il ərzində sadəcə meydana çıxıb qaçan və tullanıb oynayan biri olmaq istəmirdim. Bu, yaxşı keyfiyyətdir və bunun mənə təbii olaraq verildiyini bilirdim. Amma məndə həmişə ağıllı basketbolçuya xas basketbol düşüncəsi olub – ilk dəfə topu əlimə aldığım andan etibarən".


