İtaliyanın "Komo" klubunun yarımmüdafiəçisi Niko Pas hazırda sabiq komandası "Real Madrid"ə qayıtmaq niyyətində deyil.
Offsideplus.az xəbər verir ki, Madrid təmsilçisinin müqavilədə 80 milyon avroluq geri satınalma bəndi qüvvədə qalsa da, 22 yaşlı futbolçu hələlik İspaniyaya dönmək barədə düşünmür. Gələcəkdə qərarını dəyişmə ehtimalı istisna edilməsə də, hazırda buna dair heç bir əlamət yoxdur.
Digər tərəfdən, İngiltərənin "Mançester Yunayted" klubu gənc pleymeykerlə yaxından maraqlanır. Brunu Fernandeşin komandadan ayrılacağı təqdirdə "qırmızı şeytanlar" onun yerini məhz Pasla doldurmağı planlaşdırır.
Qeyd olunur ki, "Mançester Yunayted" onun ilk seçimi olmasa belə, İngiltərə nəhənginə keçid futbolçunun özü üçün də cəlbedici görünür.


