İtaliya A Seriyasının bir sıra aparıcı klubları Azərbaycanın U-21 millisinin üzvü Lorenzo Mezzoteronu yaxından izləyirlər.
Offsideplus.az xəbər verir ki, bu barədə italiyalı insayder Nikolo Skira məlumat yayıb.
Mənbənin sözlərinə görə, "İnter", "Yuventus" və "Napoli" başda olmaqla, "Fiorentina", "Komo", "Sassuolo" və "Montsa" 2008-ci il təvəllüdlü hücumçunu yaxından təqib edirlər.
Son həftələrdə adıçəkilən klubların skautları "Sampdoriya"nın oyunlarına yollanaraq gənc forvardın çıxışını canlı müşahidə ediblər.
Qeyd edək ki, L. Mezzotero "Sampdoriya"nın heyətində çıxdığı son 4 oyunda 4 qol vurmaqla diqqətləri üzərinə çəkib.


