MotoGP-nin canlı əfsanəsi Mark Markes karyerasını başa vurmaq qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı ispaniyalı pilot cari mövsümün son mərhələsi olan Valensiya Qran-prisindən sonra peşəkar idmanla vidalaşacaq.

Beləliklə, noyabrın 29-da İspaniyada keçiriləcək yarış onun həm MotoGP-də, həm də "Dukati" ("Ducati Lenovo Team") komandasının heyətində son çıxışı olacaq.

Qeyd edək ki, Markes cəmi bir həftə əvvəl Portuqaliya Qran-prisində karyerasının ümumilikdə 10-cu, kral sinfində (MotoGP) isə 8-ci dünya çempionluğunu rəsmiləşdirib. Bununla da o, əfsanəvi Valentino Rossinin ümumi çempionluq rekordunu (9 titul) geridə qoyaraq moto-idman tarixinin ən titulllı pilotlarından birinə çevrilib.

2013-cü ildə MotoGP-də debüt etdiyi ilk mövsümdəcə çempion olaraq tarix yazan ispaniyalı sürücü uzun illər "Honda"nın heyətində hegemonluq edib.

Son illərdə yaşadığı ağır zədələr və ardıcıl əməliyyatlara baxmayaraq, "Dukati"yə keçidi ilə möhtəşəm geri dönüş edən Markes zirvədə ikən karyerasını bitirməyə üstünlük verib.