Tbilisi meri, sabiq futbolçu Kaxa Kaladze ötən gün Batumidə "Beşiktaş" (Türkiyə) və "Hapoel Beer-Şeva" (İsrail) komandaları arasında keçirilən oyunda azarkeşlərlə polis arasında yaşanan insidentə münasibət bildirib.
Offsideplus.az xəbər verir ki, keçmiş müdafiəçi jurnalistlərə açıqlamasında baş verənləri belə şərh edib:
"Təəssüf ki, futbolda, o cümlədən Avropa ölkələrində azarkeşlər tərəfindən bu cür davranışlara tez-tez rast gəlinir. Avropa çempionatlarından buna dair çoxlu misallar çəkə bilərəm. Burada qeyri-adi heç nə görmürəm".
Kaladze həmçinin qeyd edib ki, Gürcüstanın hüquq-mühafizə orqanları qanunvericiliyə uyğun hərəkət edərək digər vətəndaşların təhlükəsizliyini təmin ediblər.


