İngiltərə millisinin və "Mançester Yunayted"in sabiq müdafiəçisi Qari Nevill Erlinq Haalandın gələcəyi ilə bağlı proqnozunu bölüşüb.

Offsideplus.az xəbər verir ki, Nevill 26 yaşlı hücumçunun "Mançester Siti" ilə müqaviləsinin 2034-cü ilə qədər qüvvədə olmasına baxmayaraq, onun maksimum 18 ay ərzində "Real Madrid"in oyunçusu olacağına əmindir:

"Tam əminəm ki, Haaland ən geci 18 ay ərzində, bəlkə də bu mövsümün sonunda 'Real Madrid'ə keçəcək. Hesab edirəm ki, Vinisius Junior komandadan ayrılacaq, Mbappe sol cinahda oynayacaq, Haaland isə "kral klubu"nun əsas mərkəz hücumçusu olacaq".